Xəzər Xəbər

Evin damı çökdü - 16 nəfər öldü

Hadisə | 14:52 • 12 Yanvar 2020
Evin damı çökdü - 16 nəfər öldü

Əfanıstanın cənubunda və qərbində 16 nəfər güclü yağıntı səbəbindən evlərin damlarının uçması nəticəsində həlak olub.

Bu barədə yerli hakimiyyətə istinadən yerli 1TV telekanalı xəbər verib. Qeyd edilir ki, hadisələr qərbi Herat əyalətində və cənubi Qəndaharda baş verib. Heratın Enjil rayonunda 6 nəfər dam uçqunu altında qalaraq həlak olub. Ölənlər arasında qadınlar və uşaqlar da var. Daha iki nəfər Adraskan rayonunda ölüb. Bundan başqa, telekanal qeyd edib ki, əlverişsiz hava səbəbindən Qəndaharda da damların uçması nəticəsində 8 nəfər həlak olub, daha 14 nəfər yaralanıb.(Report)

Xəbər lenti