Xəzər Xəbər

Azərbaycanda nənə və 6 yaşlı nəvəsi maşının altında qaldı – ÖLƏN VAR

Hadisə | 16:21 • 10 Yanvar 2020
Azərbaycanda nənə və 6 yaşlı nəvəsi maşının altında qaldı

Gəncədə ağır yol qəzası baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 9-da saat 15 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində şəhər sakini M.Məmmədov idarə etdiyi "VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerliləri Hicran Babayevanı və onun nəvəsi 6 yaşlı F.Babazadəni vurub.

Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib.

Nizami (Gəncə) RPİ tərəfindən aparılır.

Xəbər lenti