Xəzər Xəbər

Bakı-Sumqayıt yolunda piyada vurulub - VİDEO

Hadisə | 11:47 • 10 Yanvar 2020
Bakı-Sumqayıt yolunda piyada vurulub -
Bakı-Sumqayıt yolundan keçmək istəyən piyadanı avtomobil vurub.


Hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatandan keçən hissəsinə (BTZ bağlar massivi) baş verib. Hələlik şəxsiyyəti məlum olmayan qadın ciddi xəsarət alıb. Sakinlər bu ərazidə dəfələrlə piyadaların vurulduğunu deyir və ərazidə piyada keçidinin tikilməsini istəyirlər. Yaxınlıqda məktəb olduğunu qeyd edən sakinlər yolu keçməyin uşaqlar və valideynlər üçün təhlükəli olduğunu bildirirlər. Onlar aidiyyəti qurumların problemi aradan qaldırmaq üçün real iş görəcəklərinə ümid edirlər.


Hadisənin görüntüsünü təqdim edirik:


Xəbər lenti