Xəzər Xəbər

Bir aydır itkin düşən 17 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

Hadisə | 13:56 • 9 Yanvar 2020
Bir aydır itkin düşən 17 yaşlı qızla bağlı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəmkir rayonunda 17 yaşlı Xəyalə Həsənovanın itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Komitəsinin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə araşdırmalara başlayıb: "Bizim tərəfimizdən araşdırma monitorinq komissiyaları vasitəsilə aparılır. Araşdırmalar hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilir. Prosesə hüquqşünas və psixoloqlar da cəlb olunub. Hazırda itkin düşən Xəyalə Həsənovanın yaşadığı yerdə müəyyən şəxslərdən izahatlar alınır. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Şəmkir rayonunda 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. (report)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar