Xəzər Xəbər

Bakıda market sahibini bıçaqlayıb 14 min apardılar – 2 NƏFƏR TUTULDU

Hadisə | 14:23 • 9 Yanvar 2020
Bakıda market sahibini bıçaqlayıb 14 min apardılar

Bakıda quldurluq hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə rayon ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, yanvarın 7-də saat 16 radələrində Mərdəkan qəsəbəsi ərazisində yerləşən zoomarketə gəlmiş 2 nəfər oranın sahibi H.Babayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək cibindən 14.000 manatı götürüb hadisə yerini tərk edib.

H.Babayev xəstəxanaya yerləşdirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əliyev və Ə.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər lenti