Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 55 kvadratmetr olan birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.