Xəzər Xəbər

Ordumuz ŞƏHİD VERDİ - General hadisə yerində

Hadisə | 18:43 • 7 Yanvar 2020
Ordumuz ŞƏHİD VERDİ - General hadisə yerində

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədiblər.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, yanvarın 7-də saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən snayper tüfəngindən açılan atəş nəticəsində sərhədçi əsgər Fərzəliyev Fərzəli Əlimürsəl oğlu şəhid olub.

DSX rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli zabitlər hadisə yerindədirlər. Hazırda Hərbi Prokurorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.

Xəbər lenti