Bakıda spirtli içki satışı ilə məşğul olan şəxs tutulub.
XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 2-də Bakı şəhər sakini Yusif Hüseynov dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb. Araşdırmalarla onun spirtli içkidən ölməsi müəyyən edilmişdir.
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində spirtli içkini satan, Q.Qarayev prospektində yerləşən bazardakı topdan satış mağazasının sahibi, Bakı şəhər sakini S.Seyidov saxlanılıb.
Araşdırma aparılır.