Xəzər Xəbər

Bakıda çoxmərtəbəli binada yanğın baş verib

Hadisə | 09:57 • 4 Yanvar 2020
Bakıda çoxmərtəbəli binada yanğın baş verib

Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin mənzilində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.


Yanğın saat 01:07 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur.

Xəbər lenti