Xəzər Xəbər

Bakıda gözətçi döyülərək qətlə yetirilib

Hadisə | 12:24 • 2 Yanvar 2020
 Bakıda gözətçi döyülərək qətlə yetirilib

Bakı şəhərində qətl törədilib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, yanvarın 1-də Nərimanov rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində gözətçi işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə DİN-in "102 zəng mərkəzi” xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.


Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini H. Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.


Görülmüş tədbirlərlə H. Rəhimli tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti