Xəzər Xəbər

Ağsuda iki uşaq anası dəm qazından öldü

Hadisə | 13:05 • 31 Dekabr 2019
Ağsuda iki uşaq anası dəm qazından öldü

Ağsuda qadın dəm qazından zəhərlənərək ölüb.

XəzərXəbər-in məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Hacıyeva Əfsanə Səməd qızı yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənərək ölüb. Onun cansız cəsədi ailə üzvləri tərəfindən aşkar edilib.

Qeyd edək ki, Ə.Hacıyeva ailəlidir, iki övladı var.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti