Xəzər Xəbər

Abşeronda olay - Ər arvadına dəhşətli işgəncə verdi

Hadisə | 12:22 • 31 Dekabr 2019
Abşeronda olay -

Abşeron rayonunda arvadını intihar həddinə çatdırmaqda ittiham olunan Yaqub Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Vaqif Həsənovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 9-na təyin olunub.

İttihama görə, hadisə Xırdalan şəhərində baş verib. Yaqub Qurbanov arvadı Əsliyə dəfələrlə işgəncə verib. O, arvadını döyüb və digər zorakılıq hərəkətləri edib. Ərinin bu hərəkətlərindən bezən Əsli özünü öldürüb.

İstintaq araşdırması zamanı Əslinin özünü öldürməsində əri Yaqub Qurbanov günahkar bilinib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Yaqub Qurbanovun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib./teleqraf

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti