Xəzər Xəbər

38 yaşlı kişi evində diri-diri yandı AZƏRBAYCANDA

Hadisə | 11:03 • 31 Dekabr 2019
38 yaşlı kişi evində diri-diri yandı

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata əsasən, ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hacıyev Firuz Saday oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti