Xəzər Xəbər

Bakıda DƏHŞƏT Əri tərəfindən döyülən gənc qadın öldü

Hadisə | 10:23 • 29 Dekabr 2019
Bakıda DƏHŞƏT

Bakıda həyat yoldaşı tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib.

"Report”un məlumatına görə, hadisə üç gün bundan öncə, 26 dekabr tarixində paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

Belə ki, 24 yaşlı Nuranə Əliyevanı döyən həyat yoldaşı onu ağır vəziyyətdə heç kimin görməməsi üçün yol kənarındakı kolluğun içərisinə atıb.

Lakin, bir müddət sonra geri dönərək Ə. Nuranəni 3 saylı Şəhər Klinik Xəstəxanasının həyətinə gətirib və tibb işçilərinə təhvil vermədən hadisə yerindən uzaqlaşıb.

Növbədə olan tibb işçiləri qadını dərhal xəstəxanaya gətirib, müvafiq tibbi yardım göstəriblər.

Palataya köçürülən qadına qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Lakin, həkimlərin səyinə baxmayaraq Ə. Nuranə bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti