Bakıda polisin saxladığı şəxsin gizlədiyi silah aşkar edilib.
Daxili İşlər Nazirliyi xəbər verir ki, Nərimanov RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov saxlanılıb. Onun torpağa basdırdığı nömrəsi paslanmış "AKM” markalı avtomat silahı, 50 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.
Araşdırma aparılır.