Xəzər Xəbər

Bakıda minik avtomobili marşrut avtobusu ilə toqquşub, 6 nəfər xəsarət alıb

Hadisə | 11:42 • 14 Dekabr 2019
Bakıda minik avtomobili marşrut avtobusu ilə toqquşub, 6 nəfər xəsarət alıb

Bakı Nəqliyyat Agentliyi Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.


BNA-dan xezerxeber.az-a verilən xəbərə görə, dekabrın 14-də saat 09:00 radələrində Suraxanı qəsəbəsi "Daş yol” adlanan küçədə yol-nəqliyyat hadisəsi baş verib. "KİA” markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub. 104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun verdiyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə, hadisəyə səbəb "KİA” markalı minik avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması olub.

Xəbər lenti