Xəzər Xəbər

Rusiyada zəncirvarı qəza baş verib, 48 avtomobil toqquşub

Hadisə | 11:38 • 11 Dekabr 2019
Rusiyada zəncirvarı qəza baş verib, 48 avtomobil toqquşub

Rusiyada zəncirvarı yol qəzası baş verib.


Xezerxeber.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, yol qəzası Vladivostok şəhərində, Xabarovsk-Vladivostok avtomobil yolunun 9-cu kilometrliyində baş verib.


Yol qəzası zamanı 48 avtomobil toqquşub.


Hadisənin baş verməsinə güclü qarın yağması səbəb olub. Qəza nəticəsində 7 nəfər xəsarət alıb.


Yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Xəbər lenti