Xəzər Xəbər

Bakıda avtobusda dava: Sürücü sərnişini döydü

Hadisə | 14:23 • 7 Dekabr 2019
Bakıda avtobusda dava: Sürücü sərnişini döydü

Bakının Sabunçu rayonunda avtobusda dava olub.

XəzərXəbər xəbər verir ki, dekabrın 4-də saat 22 radələrində rayonunun Zabrat qəsəbəsi ərazisində "Daevoo” markalı 166 saylı xətt avtobusunun sürücüsü xuliqanlıq zəminində qəsəbə sakini E.Zeyniyevi döyüb.

15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, Bakı şəhər sakini K.Nəzərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti