Xəzər Xəbər

Qəbələdə ağır qəza - Ölən var

Hadisə | 10:15 • 7 Dekabr 2019
Qəbələdə ağır qəza - Ölən var

Qəbələ rayonununda iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata əsasən, Qəbələ rayonunun Savalan kəndində "Seat” və "VAZ” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğrayan "VAZ” markalı avtomobildən 1981-ci il təvəllüdlü Nəsirov Xəqani Əlövsət oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. ​

Xəbər lenti