Azərbaycanda əmi 11 yaşlı qardaşı qızını öldürüb.
XəzərXəbər xəbər verir ki, Xəzər televiziyasında yayımlanan Xoşqədəm Hidayətqızının "Səni axtarıram" axtarışa verilmiş Nərmin Quliyevanın əslində öldürüldüyü üzə çıxıb.
Canlı efirə bağlanan tamaşaçı bildirib ki, 11 yaşlı Nərmini əmisi öldürərək basdırıb.
Aparıcı bildirib ki, Nərminin əmisi və əmisi oğlu polislər tərəfindən saxlanılıb. Bundan başqa azyaşlı qızın anası da polis şöbəsinə dəvət edilib.