Xəzər Xəbər

DİN xüsusi əməliyyat keçirdi: 41 nəfər tutuldu

Hadisə | 12:32 • 5 Dekabr 2019
DİN xüsusi əməliyyat keçirdi:

Daxili İşlər Nazirliyi ötən gün ərzində cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb.

XəzərXəbər xəbər verir ki, dekabrın 4-də törədilən 20 cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Xəbər lenti