Xəzər Xəbər

Paytaxtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Hadisə | 16:07 • 19 Noyabr 2019
Paytaxtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edən Lökbatan qəsəbə sakini A.Zülfüqarov qəsəbə ərazisindən "VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Novruzzadə Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.


Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti