Türkiyənin İzmir şəhərində oğul anasını ölümcül yaralayıb.
Bornova rayonunda yaşayan 43 yaşlı Esma S. ilə oğlu Məhəmməd D. arasında mübahisə düşüb.
"CNNTürk”ün xəbərinə görə, Məhəmməd D. anası Esma S.-ə11 bıçaq zərbəsi endirib.
Anasını ölümcül yaraladıqdan sonracinayətkar oğul onun mobil telefonunu da oğurlayaraq evdən qaçıb.
Qan içində qalan qadını qonşuları tapıb.
Xəstəxanaya yerləşdirilən Esma S.-nin vəziyyəti ağırdır.
21 yaşlı Məhəmmədin narkotik maddə aludəçisi olduğu bildirilir.
Polis cinayətkarı axtarır.