Xəzər Xəbər

Xəzərdə estakada yaxınlığında batan şəxsin axtarışları aparılır

Hadisə | 15:05 • 18 Noyabr 2019
Xəzərdə estakada yaxınlığında batan şəxsin axtarışları aparılır

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən xezerxeber.az-a verilən xəbərə görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər lenti