Xəzər Xəbər

Bakıda rəisin qardaşı faciəvi şəkildə öldü MEYİTİ AXTARILIR

Hadisə | 14:32 • 18 Noyabr 2019
Bakıda rəisin qardaşı faciəvi şəkildə öldü

Xəzər dənizində neftçi itkin düşüb.

Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub.

Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov bildirib ki, İlqar Şərifov onların yox, "Azgerneft” MMC-nin işçidir: "İki gün öncə Abşeron NQÇİ-də itkin düşüb, müvafiq qurumlar tərəfindən onun axtarışları davam etdirilir”.(Qafqazinfo)

Xəbər lenti