Xəzər Xəbər

Bakıda ağır qəza - Xəsarət alan var

Hadisə | 11:21 • 17 Noyabr 2019
Bakıda ağır qəza - Xəsarət alan var

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "VAZ” markalı minik avtomobili və "Mercedes” markalı yük avtomobili toqquşub.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarb. Yaralı aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti