Xəzər Xəbər

Balakəndə 6 otaqlı ev yandı

Hadisə | 10:12 • 17 Noyabr 2019
Balakəndə 6 otaqlı ev yandı

Balakən rayonunda 6 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, rayonun Qullar kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli 6 otaqlı evin tavanı 65 m² sahədə, bitişik, ümumi sahəsi 50 m² olan talvarın tavanı və altına yığılan 2,5 ton xurmanın 1 tonu yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti