Xəzər Xəbər

Abşeronda yolu keçən qadını maşın vuraraq öldürüb

Hadisə | 15:32 • 16 Noyabr 2019
Abşeronda yolu keçən qadını maşın vuraraq öldürüb

Abşeronda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, noyabrın 15-də saat 19 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Ağcabədi rayon sakini İ.Məhəmmədli idarə etdiyi "VAZ-21074” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səbinə Həsənovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti