Xəzər Xəbər

Soyğunçuluq törədən və avtomobildən oğurluq edən şəxslər tutulub

Hadisə | 10:51 • 16 Noyabr 2019
Soyğunçuluq törədən və avtomobildən oğurluq edən şəxslər tutulub

Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edən paytaxt sakini R.Şabanova noyabrın 13-də saat 1 radələrində rayon ərazisində bir nəfərin ona zor tətbiq edərək 200 manat dəyərində qızıl boyunbağısını aldığını bildirib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini S.Əsədov saxlanılıb.


Suraxanı rayonunda oktyabrın 30-dan noyabrın 10-dək üç avtomobildən pul, sənəd, eynək, təmir-tikinti alətləri, qaynaq aparatı və elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Bayramov rayon polis idarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti