Xəzər Xəbər

Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu

Hadisə | 16:53 • 14 Noyabr 2019
Adam öldürüb Azərbaycana qaçdı,

Rusiyada 10 il əvvəl cinayət törədən şəxs tutulub.

38 yaşlı Kaslinski rayon sakini 2009-cu ilin dekabrındaqısqanclıq zəminində spirtli içki qəbul etdiyi şəxsi öldürüb.

Hadisəni törətdikdən sonra, o, Azərbaycana qaçıb. Beynəlxalq axtarışa verildikdən 10 il sonra tapılan şəxsÇelyabinsk əyalətinə gətirilib.

Məhkəmə qərarı təsdiqlənəndən sonra 38 yaşlı qatilcəzasını xüsusi rejimli cəzaçəkmə müəssəsində çəkməklə on il müddətində azadlıqdan məhrum ediləcək və vurduğu mənəvi zərərə görəmərhumun bacısına 350 min rubl (9200 AZN -red.) ödəməli olacaq./oxu.az

Xəbər lenti

Çox oxunanlar