Xəzər Xəbər

Bakıda səhər saatlarında sakinlər TƏŞVİŞƏ DÜŞDÜ: 10 nəfər təxliyə olundu

Hadisə | 09:31 • 13 Noyabr 2019
Bakıda səhər saatlarında sakinlər TƏŞVİŞƏ DÜŞDÜ:

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin dəhlizində 1 ədəd dolab yanıb. Yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti