Xəzər Xəbər

Bakıda yataqxananın dam örtüyü çökdü 17 MƏCBURİ KÖÇKÜN AİLƏSİ...

Hadisə | 16:26 • 12 Noyabr 2019
Bakıda yataqxananın dam örtüyü çökdü

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda məcburi köçkünlərin məskunlaşdıqları yataqxananın dam örtüyünün çökməsi ilə bağlı məlumat yayıb.

Dövlət Komitəsindən XəzərXəbər-ə bildirilib ki, hadisə noyabrın 11-də Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında baş verib.

Orada yerləşən yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsi çöküb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olublar:

"Həmin yataqxanada müvəqqəti məskunlaşmış 17 məcburi köçkün ailəsinin vəziyyəti ilə bağlı yerində araşdırma aparıblar. Məlum olub ki, binanın dam örtüyünün çökən hissəsindəki yaşayış sahəsində məskunlaşmış şəxs əslən Cəbrayıl rayonundandır, lakin məcburi köçkün deyil. Yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin heç birinə hadisə nəticəsində maddi ziyan dəyməyib. Dövlət Komitəsi yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, həmin ailələrin respublika ərazisində müxtəlif qəsəbələrdə, fövqəladə hallar üçün nəzərdə tutulmuş boş mənzil fondunda müvəqqəti yerləşdirilməsi istiqamətində iş aparır".

Xəbər lenti