Xəzər Xəbər

Masallıda dəhşətli qətl: Fəhlə yoldaşının başını kəsdi

Hadisə | 14:01 • 11 Noyabr 2019
Masallıda dəhşətli qətl:

Masallıda bir fəhlə digər fəhlənin başını kəsərək öldürüb.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, Masallının Şərəfə kəndində evlərdən birində fəhlə işləyən Boradigah qəsəbə sakini Gülverdiyev Rafiq Elman oğlu mübahisə zəminində bıçaqla 47 yaşlı fəhlə yoldaşının, Ukrayna vətəndaşı Quliyev Bəhruz Əliheydər oğlunun boğazını kəsib.

Hadisə yerinə təcili tibbi yardım maşını çağırılsa da, həkimlər briqadası çatmamış ağır zədələnən B.Quliyev qısa zamanda dünyasını dəyişib.

Mərhumun meyiti daxili və xarici müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti