Noyabrın 6-da Xızı rayonu ərazisində baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən 48 yaşlı Ceyhun Abbasovla bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Xızı rayonunun Giləzi kəndindən keçən hissəsində "Hyundai” markalı maşının vurub öldürdüyü 1971-ci il təvəllüdlü Abbasov Ceyhun Ülfət oğlu şəhid qardaşı olub. Belə ki, mərhumun kiçik qardaşı Zaur Abbasov 1993-cü ildə Goranboy istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Hər iki qardaş doğulub böyüdükləri Xızının Baxşılı kəndində dəfn ediliblər.
Qeyd edək ki, yol qəzasında vəfat edən C.Abbasov xırda ticarətlə məşğul olurmuş.