Xəzər Xəbər

Şadlıq sarayında QAN TÖKÜLDÜ: 3 nəfər bıçaqlandı

Hadisə | 14:36 • 2 Noyabr 2019
Şadlıq sarayında QAN TÖKÜLDÜ:

Bakıda bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, noyabrın 1-də saat 22 radələrində 3 nəfərin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin onlara bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov qısa müddətdə müəyyən edilərək 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti