Xəzər Xəbər

Şəki sakininin evində külli miqdarda narkotik aşkarlandı

Hadisə | 12:57 • 2 Noyabr 2019
Şəki sakininin evində külli miqdarda narkotik aşkarlandı

Şəki sakininin evində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə XəzərXəbər-ə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşları şəhər sakini 50 yaşlı Telman Əhmədovun yaşadığı evdə narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə məlumat əldə ediblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əhmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 4 kiloqramdan artıq satış məqsədilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində T.Əhmədovun barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti