Xəzər Xəbər

Xızıda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü

Hadisə | 10:57 • 2 Noyabr 2019
Xızıda DƏHŞƏTLİ QƏZA:

Xızı rayonunda ağır yol qəzası baş verib.

Bu barədəFövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xızı rayonu ərazisində "Mercedes” və "Lada” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Bakı-Quba magistralında ölümlə nəticələnən yol qəzası baş verib.

"Mercedes” markalı minik avtomobili ilə "Lada” markalı nəqliyyat vasitəsi toqquşub.

İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb.

Əraziyə DYP əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır (Oxu.az).

Xəbər lenti