Xəzər Xəbər

Narkoman ər arvadını məzara, həmyerlisini xəstəxanaya göndərdi Dəhşətli qətlin təfərrüatı

Hadisə | 17:40 • 1 Noyabr 2019
Narkoman ər arvadını məzara, həmyerlisini xəstəxanaya göndərdi

Salyan rayonunda qətl hadisəsi baş verib.

Hadisə bu gün Ağa Mirbağırağa küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayanrayon sakini, 37 yaşlı Nahid Hüseynov ailə münaqişəsi zəminində həyat yoldaşı, 36 yaşlı İlahə Hüseynovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

İlkin məlumata görə, bir aydan çoxdur ki, Hüseynovlar ailəsində ailədaxili münaqişə yaşanıb. Nəhayət, bu gün N.Hüseynov həyat yoldaşı İ.Hüseynova ilə yenidən mübahisə edib. O, üzərində gəzdirdiyi bıçaqla arvadına çoxsaylı zərbələr endirərək qətlə yetirib.

Bundan sonra rayonun Yunis Zərgərli küçəsində qarşısına çıxan, rayon sakini 39 yaşlı Zaur Sadıqovun bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbəsi endirib və özünə xəsarət yetirərək bıçaqla qolunu kəsib.

Meyit müayinə olunmasıüçün məhkəmə tibbi ekspertizasına göndərilib. Yaralı Z.Sadıqov və N.Hüseynov isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hər ikisinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Artıq N.Hüseynov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Qeyd edək ki, qətlə yetirilən İ.Hüseynova üçazyaşlı uşaq anası olub. N.Hüseynovun narkotik asılılığından əziyyət çəkdiyi bildirilir./oxu.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti