Xəzər Xəbər

Bakı və Lənkəranda 2 maşın yanıb

Hadisə | 10:01 • 1 Noyabr 2019
Bakı və Lənkəranda 2 maşın yanıb

Bakı şəhərinin Nərimanov rayonunda "Audi” və "Lada" markalı iki minik avtomobili toqquşub.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə "Audi” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.


Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Lənkəran şəhərinin Boladı kəndində isə yol kənarında dayanan "Volvo” markalı asfalt hamarlayan texnikanın yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti