Xəzər Xəbər

Azərbaycan Dövlət Aqrar Universitetinin 3 tələbəsi oğurluq edib - FOTO

Hadisə | 10:29 • 29 Oktyabr 2019
Azərbaycan Dövlət Aqrar Universitetinin 3 tələbəsi oğurluq edib -

Oktyabrın 23-nə keçən gecə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin "Süni mayalanma” tədris mərkəzində oğurluq hadisəsinin baş verməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, mərkəzdən 15 ədəd dizüstü komputer və bir ədəd "WiFi” cihazı oğurlanıb.


Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin universitetin tələbələri X. Əhmədov, İ.Məmmədov və Y. Nəcəfov saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil verilib.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti