Xəzər Xəbər

Bakıda işıqforun işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO

Hadisə | 11:32 • 27 Oktyabr 2019
Bakıda işıqforun işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var -

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.


APA xəbər verir ki, hadisə Həsən Əliyev küçəsi, 17 ünvanında baş verib.


Belə ki, 1992-ci il təvəllüdlü Əzizova Rəhimə Zamiq qızı idarə etdiyi "KİA” markalı avtomobillə yol kəsişməsində hərəkətdə olan "Nissan” markalı avtomobilə çırpılıb.


Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı işıqfor işləməyib.


Qəza nəticəsində R.Əzizova və "Nissan”ın sürücüsü, 1991-ci il təvəllüdlü Səmədov Behzad Qubad oğlu xəsarət alaraq 1 saylı şəhər xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.


Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Xəbər lenti

Çox oxunanlar