Xəzər Xəbər

Gözəl burun istəyən qız gözündən oldu

Hadisə | 15:31 • 26 Oktyabr 2019
Gözəl burun istəyən qız gözündən oldu

Vyetnamda uğursuz kosmetik prosedur keçirən 13 yaşlı qız gözlərini itirib.

Burnundan narazı olan qız uzun müddətplastik əməliyyat arzusunda olub.

Odur ki, oktyabrın 21-də yeniyetmə valideynlərinin xəbəri olmadan kosmetik prosedurların aparıldığı spa salonuna gedib. Burnunun şəklini dəyişmək üçün spanın həkimi ona hiyaluron turşusu ilə inyeksiya üsulunu təklif edib.

Qiyməti ikimilyon donq (təqribən 145 manat) olan prosedurun ödənişini etmək üçün qıza hissə-hissə ödəniş təklif olunub.

İnyeksiyadan yarım saat sonra yeniyetmənin vəziyyəti ağırlaşıb. Onun başında və sağ gözündə ağrılar başlayıb. Vəziyyəyin ciddiyyətini anlayan qız valideynlərinə zəng vurub.

Həkimə müraciət etdikdən sonra turşunun qızın göz damarlarını zədələdiyi məlum olub. Üstəlik, həkimlərin dediyinə görə, gözdəki problem artıq müalicə olunacaq səviyyədə deyil./oxu.az

Xəbər lenti