Xəzər Xəbər

Bakıda ŞOK OLAY: Binəqədidə oğurladılar, Qaradağda öldürdülər, Türkanda basdırdılar

Hadisə | 11:23 • 26 Oktyabr 2019
Bakıda ŞOK OLAY:

Bu gün Bakı şəhərinin Xəzər rayonu ərazisində meyiti tapılan və 10 gündən çoxdur itkin düşmüş şəxs kimi axtarışda olmuş 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun qətlə yetirildiyi məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə oranları E.Həbibzadənin axtarışı zamanı ağır cinayətin izinə düşüb. Məlum olub ki, o, Binəqədi rayonu ərazisində olarkən bir qrup şəxs tərəfindən oğurlanıb.

Həmin şəxslər E.Həbibzadəni Qaradağ rayonu ərazisində qətlə yetirdikdən sonra meyitini Xəzər rayonu ərazisinə gətiriblər. Burada Türkan qəsəbə qəbiristanlığına gələn həmin şəxslər E.Həbibzadənin cəsədini dərinliyi təxminən 25 metr olan quyuya atıblar. Artıq cinayətkar qrupun üzvləri saxlanılıblar. E.Həbibzadənin meyiti də onların verdiyi koordinatlar əsasında aşkarlanıb və FHN əməkdaşlarının köməkliyi ilə quyudan çıxarılıb.

Qeyd edək ki, Bakı şəhər sakini, 32 yaşlı Elvin Həbibzadə oktyabrın 14-dən itkin düşüb. Yaxınlarının verdiyi məlumata görə, yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb.

E.Həbibzadə həmin gün səhər işə gedib. Sonra işdən çıxaraq naməlum istiqamətdə yoxa çıxıb.

***

Bu gün Fövqəladə Hallar Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti