Xəzər Xəbər

Tovuzda evdən 8 min manatlıq qızıl oğurlanıb - FOTO

Hadisə | 16:59 • 25 Oktyabr 2019
Tovuzda evdən 8 min manatlıq qızıl oğurlanıb -

Tovuzdan evdən oğurluq olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-ın yerli bürosuna verilən məlumata görə, oktyabrın 18-də Tovuz rayon polis şöbəsinə rayonun Qovlar şəhər sakini ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq, oradan 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib.


Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qovlar şəhər sakini, Ayaz Qasımov saxlanılaraq şöbəyə gətirilib. Dindirilmə zamanı o törətdiyi oğruluq hadisəsini etiraf edib.


Faktla bağlı araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti