Xəzər Xəbər

DİN 15 yaşlı oğlanın öldüyü dəhşətli hadisə ilə bağlı məlumat yaydı

Hadisə | 12:36 • 25 Oktyabr 2019
DİN 15 yaşlı oğlanın öldüyü

Daxili İşlər Nazirliyi Hacıqabulda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 24-də saat 13 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Bakı şəhər sakini İ.Əliyev idarə etdiyi "Toyota” markalı avtomobili yol ayırıcısına vurub və zərbədən nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobildəki sərnişin, paytaxt sakini Kamran Qasımov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən K.Qasımovun 15 yaşı olub.

Xəbər lenti