Xəzər Xəbər

Klinikada faciə: qadın estetik əməliyyat zamanı öldü

Hadisə | 11:42 • 25 Oktyabr 2019
Klinikada faciə:

Bakıda klinikada 37 yaşlı qadın estetik əməliyyat zamanı ölüb.

Hadisə oktyabrın 24-də Nəsimi rayonu ərazisində yerləşən "MedAura” klinikasında baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva həmin klinikada həyata keçirilən estetik əməliyyat zamanı anesteziya edildikdən sonra dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. (report)

Xəbər lenti