Xəzər Xəbər

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 60 nəfər ölüb

Hadisə | 15:37 • 24 Oktyabr 2019
Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 60 nəfər ölüb

Bu ilin 9 ayı ərzində respublika ərazisində 14192 təbii və texnogen mənşəli hadisə baş verib.


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 622 hadisə və ya 5% çoxdur.


Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 60 nəfər ölüb, 243 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 1030 nəfər təxliyə olunub.


Bu il respublika ərazisində qeydə alınan yanğın hadisələri zamanı 43 nəfər ölüb, 168 nəfər xəsarət alıb. Bu da ötən ilin 9 ayı ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 31% azdır, xəsarət alanlar üzrə 41 nəfər və ya 32% çoxdur.


2019-cu ilin 9 ayi ərzində respublika ərazisində 46 partlayış hadisəsi baş verib ki, bu da 2018-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 2% çoxdur.


Partlayışlar zamanı 12 nəfər həlak olub, 72 nəfər xəsarət alıb.

Xəbər lenti