Xəzər Xəbər

Bakıda piyadanı vurub qaçan qadın sürücü saxlanılıb

Hadisə | 15:18 • 24 Oktyabr 2019
Bakıda piyadanı vurub qaçan qadın sürücü saxlanılıb

Oktyabrın 22-də saat 13 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yolu keçən sakin G.Kazımova naməlum avtomobillə vurulub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.


Xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini R.Yusifova Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar