Xəzər Xəbər

Azərbaycanda əkin zamanı qədim alətlər aşkar edildi

Hadisə | 15:26 • 24 Oktyabr 2019
Azərbaycanda əkin zamanı qədim alətlər aşkar edildi

Cəlilabadda torpağın altından qədim dövrə məxsus çoxsaylı maddi mədəniyyət nümünələri aşkar edilib.

Mədəniyyət nümunələri rayonun Edişə kəndində İlham Əliyevə məxsus həyatyanı sahəsinin şumlanması zamanı üzə çıxıb.

Kənd sakininin sözlərinə görə, əvvəllər də burada qədim dövrə aid müxtəlif əşyalar tapılıb. Lakin bu dəfə ərazidə məişət əşyaları ilə yanaşı,tuncdan hazırlanmış müxtəlif nizə ucluqları, xəncər və qılıncın tapılması onun diqqətini cəlb edib.

Tapıntılar arasında saxsıdan hazırlanmış kiçik diametrli boru qalıqları da var. Tarixçilərin fikrincə, bu, adıçəkilən ərazidə uzun müddət fasiləsiz həyatın mövcud olduğunu göstərir.

Qeyd edək ki, bu tip tarixi tapıntılara Cəlilabadın Eçara kəndinin müxtəlif ərazilərində də rast gəlinir. Bu tarixi məkanlar hələ mütəxəssislər tərəfindən araşdırılmayıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti