Xəzər Xəbər

Bakıda yük maşını minik avtomobilli ilə toqquşub, ölən var

Hadisə | 14:49 • 24 Oktyabr 2019
Bakıda yük maşını minik avtomobilli ilə toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, oktyabrın 23-də saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Qəbələ rayon sakini R.Əzizovun idarə etdiyi "DAF” (yük) və Bakı şəhər sakini Əlicəfər Əkbərovun idarə etdiyi "Saipa” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Əkbərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti